"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“əgər torpağa görə mülkiyyət sənədi verilibsə, həmin torpaqda əmlakı olan, lakin çıxarışı olmayan fiziki şəxs niyə əmlak vergisi ödəməməlidir ki?”–OXUCU RəYi

--2021-07-15 / 13:43

“Belediyye.info”nun üzvlərinə bəzi məsələlərlə bağlı fikrimi bildirmək istərdim.

Birincisi, ”Belediyye.info” tərəfindən deputatlara sualların ünvanlanmasını təqdirəlayiq hesab edirəm. Gələcəkdə müxtəlif məmurlarada bu tipli suallarla müraciət edilməsi həm də maarifləndirmə prosesində yaxşı nümunə olardı. Ümid edirəm ki, digər müraciət olunan insanlarımız da sorğulara cavab verəcəklər.

ikincisi, məlumdur ki, bələdiyyələrin əsas maliyyə mənbəyi fiziki şəxslərə məxsus torpaq və əmlaka görə müəyyən edilmiş qaydada toplanan vergilərdir. Bu məsələdə də müəyyən problemlərin, qanunlarda bəzi uyğunsuzluqların olması vergilərin toplanmasında çətinliklər yaradır. Vergilər Məcəlləsində “mülkiyyətində və istifadəsində olan torpaq”, ”mülkiyyətində olan əmlak”a görə müvafiq vergilər nəzərdə tutulmuşdur. əgər torpağa görə mülkiyyət sənədi verilibsə, həmin torpaqda əmlakı olan, lakin çıxarışı olmayan fiziki şəxs niyə əmlak vergisi ödəməməlidir ki? Yaxud, əmlakının çıxarışı olmayan fiziki şəxsin əmlakına ziyan dəyirsə və yardım üçün bələdiyyəyə müraciət edirsə ona yardım edilməlidirmi? əgər edilməlidirsə, onda belə çıxır ki, vergi ödəyiciləri vergi ödəməyənə (buna imkanı olsa da) köməklik edir. Daha bir misal: VM-nə görə əmlakın icarəyə, kirayəyə verildiyi, kommersiya fəaliyyəti ilə məşğul olduğu hallar istisna olmaqla əmlakın 30 m2 sahəsi vergiyə cəlb olunmur. Belə olan təqdirdə vergi əməkdaşı əmlakın icarəyə, yaxud kirayəyə verildiyini necə öyrənməlidir? Bir neçə il bundan əvvəl ədliyyə Nazirliyinə ünvanlanmış məktula xahiş etdik ki, alqı-satqı zamanı,əmlakın icarəyə, kirayəyə verildiyi və digər hallarda bələdiyyə arayışı tələb olunması notariuslara, o cümlədən ASAN xidmətlərə göstəriş verilsin….

Bir sözlə, daha yaxşı oıardı ki, biz qanunlarda olan uyğunsuzluq, daha doğrusu qanunların konkret praktik tətbiqi zamanı problem yaradan halların aradan qaldırılması istiqamətində səylər göstərək…..

Vidadi Məlikov

Səbail rayonu Badamdar bələdiyyəsinin Vergi xidmətinin baş mütəxəssisi

ŞƏRHLƏR